Ağstafada anım tədbiri keçirildi

Ağstafada anım tədbiri keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə "31 mart Azərbaycanlıların soyqırımı günü"nə həsr edilmiş dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları ilk öncə soyqırımına məruz qalmış həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Layiq Qələndərli açaraq 1918-ci ildə erməni faşistlərinin xalqımıza qarşı törətdikləri soyqırıma dair tarixi faktlara söykənən məruzə ilə çıxış edib. O çıxışında qeyd edib ki, həmin dövrdə ermənilərin törətdikləri soyqırımına 1998-ci il mart ayının 27-də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verilib.

Sonra gənc partiya üzvlərindən Turan Hüseynov, Nofəl Tomayev, Elvin İmaməliyev, Şəfiqə İsmayılova və başqaları ayrı-ayrılıqda çıxış edərək ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımından söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə