Sabah bütün məscidlərdə moizələr oxunacaq

Sabah bütün məscidlərdə moizələr oxunacaq

31 mart – Azərbaycanlıların Soyqrımı Günündə Azərbaycanda bütün məscidlərdə 31 mart soyqırımı ilə bağlı moizələr oxunacaq. SİA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Şeyxülislam qeyd edib ki, 1990-cı ildə yanvarda şəhidlərimizi Şəhidlər Xiyabanında dəfn edərkən orada çoxlu insan sümüklərinə rast gəldik: "Bu 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların sümükləri idi. Ona görə də bu gün biz Şəhidlər Xiyabanına gedib şəhidlərimizi ziyarət etdik, dualar oxuduq. Həmçinin biz burada canlarından keçən türk əsgərlərini yad etdik, ruhuna dualar etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə