Yıldıray Arslan: "Ankarada 31 Mart soyqırımı anılacaq" AÇIQLAMA

Yıldıray Arslan: "Ankarada 31 Mart soyqırımı anılacaq" AÇIQLAMA

"TRT Avaz" telekanalı 31 Mart soyqırımı ilə əlaqədar Ankarada özəl toplantı keçirəcək". Bunu SİA-ya açıqlamasında TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. O bildirib ki, tədbirə Azərbaycandan bir neçə qurumun nümayəndəsi qatılacaq: "Azərbaycandan soyqırımı anım tədbirinə Diasporla ilə iş üzrə səlahiyyətli Valeh Haciyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. Tədbirdə "Karabağın sessiz çığlığı" adlı sənədli film nümayiş olunacaq".

Arslan, onu da vurğuladı ki, TRT Azərbaycan rəhbərliyinə Çingiz Mustafayev mükafatı da veriləcək: "Xəbər Kameramanları Dərnəyinin mükafatlandırma mərasimi olacaq və orada bizə Çingiz Mustafayev adına mükafat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə