Sinoptiklərdən xəbər var! temperatur 8 dərəcə enəcək

Sinoptiklərdən xəbər var! temperatur 8 dərəcə enəcək

Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, mart ayının son günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Gözlənilən hava şəraiti mart üçün xarakter sayılır və anomal hesab edilmir.

Martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə