Alman Hava yolu şirkəti Germanwings, düşən təyyarənin ardından İngiltərənin paytaxtı Londondakı metro stansiyalarında yer alan reklam afişalarında "təəccüblənməyə hazır olun" cümləsini çıxarıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ucuz Alman Hava yolu şirkəti Germanwingsin çərşənbə axşamı günü Barselona-Düsseldorf səfərini edən sərnişin təyyarəsinin Fransa Alplarında düşməsinin ardından Londondakı çox sayda metro stansiyasında atılan bu addım diqqətləri üzərinə çəkib. Daha çox ucuz qiymətlə uçuşlar həyata keçirən şirkət kimi tanınan Germanwings Londondan Almaniyaya 29 sterlinq (təxminən 120 AZN) uçuşlar həyata keçirirdi. Qeyd edək ki, reklamlarda "təəccüblənməyə hazır olun. Almaniyanı ziyarət edin. Almaniyanın fərqli yerlərinin dadını çıxarın. Hamburga, Berlinə uçun" ifadələri yer alırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB