Bağlı yollar açıldı

Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.

Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə, köhnə asfalt-beton örtük isə yenisi ilə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə