Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Martın 30-dan aprelin 3-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması kursu, martın 30-dan aprelin 2-dək Bakı şəhərində Azərbaycan-Pakistan işçi qrupunun 6-cı işçi görüşü, martın 31-dən aprelin 3-dək isə Bakı şəhərində strateji konsepsiyanın işlənib hazırlanması və planlaşdırılması seminarı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə