Seyran Ohanyan ATƏT təmsilçisindən kömək istədi
Çolaq nazir yalvarır

Ermənistan müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi təmsilçisi Anjey Kasprşiklə görüşüb. Erməni nazir Azərbaycan ordusundan şikayət edib. Onun iddiasına görə, Azərbaycan artıq atəşkəsi müxtəlif çaplı minaatanlarla pozur.

Erməni nazir iddia edib ki, Azərbaycan ordusu çapı 60 və 82 mm olan minaatanlarla yanaşı, çapı 120 mm olan minaatandan da istifadə edib.

Ohanyan Kasprşikdən durumun sabitləşdirilməsi üçün maksimum səy göstərməyi xahiş edib. Səfir Kasprşik isə məsələ ilə bağlı səyləri əsirgəməyəcəyini bildirib.

Kasprşik nədənsə Seyran Ohanyana Ermənistan ordusunun Azərbaycan ərazilərində nə iş görməsi barədə sual verməyi unudub. ATƏT nümayəndəsi erməni nazirə başa salmalıydı ki, problemin tək həlli var - Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan tərk etməlidir.anspress

Bütün xəbərlər Facebook səhifəmizdə