Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 96 illiyi münasibətilə Siyəzən rayonunda da tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, əvvəlcə tədbir iştrakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ehtiramlarını bildiriblər. MTN Siyəzən rayon Şöbəsinin əməkdaşları ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları ilə tanış olublar.
Milli Təhlükəsizlik Nazirliyi Siyəzən rayon şöbəsinin rəisi Mənsur Qədirov çıxışı zamanını bildirib ki, 23 mart 1997-ci ildə prezident Heydər Əliyevin müvafiq sərəncamı əsasında hər ilin 28 mart günü Milli Təhlükəsizlik xidmətinin əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Vurğulanıb ki, MTN Azərbaycanın milli mənafelərinin və dövlət təhlükəsizliyinin təminatında mühüm pola malikdir.
MTN-nin Azərbaycanın dövlət təhlükəsizliyinin qorunmasında və daha da möhkəmləndirilməsində xüsusi rolu vardır. Tədbirdə Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, eləcə də Milli Təhlükəsizlik orqanlarının inkişaf tarixini əks etdirən stendlərə baxış keçirilib.
Emin Kərimov, Siyəzən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB