Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava dəyişkən buludlu olacaq

Sabah martın 29-da Azərbaycanın bəzi rayonlarında gecə və səhər duman, çiskinli, gün ərzində isə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15°isti, dağlarda gecə 0-3° isti, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə