Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar bə bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər.
Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar.
İrina Qazaryan adlı əsgər anası deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur: "Öldürürlər-ailə günahkar olur, zorlayırlar- yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Əgər Müdafiə Nazirliyi, həqiqətən, belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB