Bu yolda təmir gedir DİQQƏT
Bakı şəhərinin Nəsimi rayonundakı Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzunluğu 220 metr təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb. Artıq bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb. Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə