Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın kansleri xanım Angela Merkelə başsağlığı verib.
Məktubda deyilir: "Hörmətli xanım Federal Kansler,
"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB