İrəvan əsgər ölümlərini gizlədir

İrəvan əsgər ölümlərini gizlədir

Ermənistan Ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissələrindən birində ölüm hadisəsi baş verib. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Gülüstan qəsəbəsi yaxınlığındakı hərbi hissədə xidmət edən 1992-ci il təvəllüdlü Ayk Taronoviç Marqaryan "birdən-birə" vəfat edib.

Erməni saytları isə martın 19-da qoşunların təmas xəttində baş vermiş toqquşmada ölən erməni əsgərlərinin sayını gizlətmək üçün Ermənistan rəhbərliyinin bu üsuldan istifadə etdiyini yazır. Bildirilir ki, iki gündən bir iki əsgərin soyuqdəymədən, üçünün intihardan, beşinin silahla düzgün davrana bilməməkdən həlak olduğunu elan etməklə Sarkisyan hakimiyyəti qoşunların təmas xəttində baş verən çoxsaylı əsgər ölümün ictimaiyyətdən gizlətməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə