Moskvada ikitərəfli görüş keçirilib

Moskvada ikitərəfli görüş keçirilib

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında ikitərəfli görüş keçirilib. SİA- nın verdiyi məlumata görə, giriş sözü ilə çıxış edən "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Vladimir Yakunin bildirib ki, ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmir yolları arasında da özünü əyani büruzə verir. İnanırıq ki, Azərbaycan Dəmir Yolunun yeni rəhbərliyi bu ələqələrin daha da genişləndirilməsində aktivlik nümayiş etdirəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan və Pusiya dəmir yolları arasında mövcud olan əlaqələr bundan sonra daha da genişləndiriləcək.

Qeyd edək ki, sonra hər iki ölkənin dəmir yolları arasında cari və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə