Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Origami Reabilitasiya Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BŞGİBİ-nin sektor müdiri Zamin Əhmədov, Origami Reabilitasiya Mərkəzinin direktoru Namiq Nəcəfov, Suraxanı RGİİ-nin əməkdaşları iştirak ediblər. Burada qeydiyyatda olan uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və uşaqlara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və bayram sovqatları təqdim olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB