Azərbaycanda şənliklər təşkil edilərək geniş qeyd olunan Novruz Bayramına Türkiyə dövləti də qatılır. SİA-nın məlumatına görə, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ənənəvi olaraq 2-ci Novruz Festivalını gerçəkləşdirir.
Festivala başda Türkiyə olmaqla Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan qoşulur. İdarənin Türkiyə üçün təşkil etdiyi standda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət nümayəndəliyi və Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin birlikdə təşkilatçılığı ilə ənənəvi Türk əl sənəti və Türk mətbəxinin tanıtımı gerçəkləşdiriləcək. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təlkərə, lülə daşı oyması, oltu daşı əl işləri, ebru sənəti kimi fərqli mədəniyyət sahələrində işlər nümayiş etdiriləcək.
Festivalda Azərbaycanlı musiqiçilərlər birlikdə Türkiyədən dəvət olunmuş sənətçiləri ifaları sərgilənəcək. Şənlik sabah da davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB