Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramı böyük əhəmiyyətini kəsb edir. SİA-nın verdiyi məlumata görə, regionlarda, tarix-mədəniyyət obyektlərində keçirilən Novruz şənlikləri çərçivəsində Quba rayonunun Xınalıq kəndində Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunda şənlik keçirilib.
Şənlik böyük konsert proqramı ilə başlayıb. Rayonun musiqi məktəbləri şagirdlərinin məharətlə ifa etdikləri rəqslər, səslənən gözəl nəğmələr hamıda əsl Novruz təəssüratı və bayram əhval-ruhiyyəsi yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB