Bu gün Günəş tutulması baş verdi

Bu gün Günəş tutulması baş verdi

Martın 20-də bu ilin ilk tam Günəş tutulması baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini Xıdır Mikayılov bildirib ki, bu il Günəş tutulması Azərbaycanda qismən görünüb. Günəşin tam tutulması Atlantik Okeanının şimalında, İslandiyada və Kanadanın şimalında daha aydın müşahidə olunub.

Təbiət hadisəsi saat 11:40-da başlayıb və 15:48-də başa çatacaq. Yəni dörd saat səkkiz dəqiqə davam edəcək. Azərbaycandan Günəş tutulması 1 saat 30 dəqiqə müşahidə edilib. Belə ki, ölkəmizdə Günəş tutulmasının müşahidə olunması saat 13:49-dan saat 15:20-dək davam edib.

X.Mikayılovun sözlərinə görə, bu il iki Günəş və iki Ay tutulması baş verəcək. Növbəti Günəş tutulması sentyabrın 13-də qeydə alınacaq. Birinci Ay tutulması aprelin 4-də, digəri isə sentyabrın 28-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə