"Azərbaycan NATO ilə praktiki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Azərbaycan təhlükəsizlik və hərbi qüvvələrin NATO standartlarına uyğunlaşdırılması istiqamətində işlər həyata keçirir". Bu sözləri bu gün Bakıda keçirilən "NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və Tərəfdaş Ölkələr Arasında Əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Sülh naminə tərəfdaşlıq şöbəsinin rəhbəri Esmira Cəfərova deyib. Onun sözlərinə görə, Azərbaycan sadəcə 1 ildə NATO-nun 200-dən artıq təlimində iştirak edib. Ölkəmiz torpaqlarımızın minalardan təmizlənməsi istiqamətində NATO ilə əməkdaşlıq edir: "Ölkəmiz hər il 200-dən artıq NATO-nun iclaslarında iştirak edir. Partnyorluq məqsədlərini bir neçə istiqamətdə həyata keçirir və buna 2004-cü ildə qoşulub. Azərbaycan regional təhlükəsizlik sahəsində siyasi iradə ortaya qoyur. Azərbaycan Əfqanistanda həftəlik təlimlər keçirir və bu tədbirlərdən biri də Bakıda keçirilib. Həmin tədbirə Əfqanıstanlı zabitlər və dövlət nümayəndələri də qatılıb. Azərbaycanda ANAMA minalardan təmizlənmə istiqamətində işlər görür. Biz tərəfdaşlıq, müdafiə, elm, ətraf mühit sahələrində xüsusi layihələr həyata keçirir və önəm veririk".
Nazirliyin nümayəndəsi ölkəmizin NATO çərçivəsində gördüyü işlər barədə də məlumat verdi və bundan sonra da belə layihələrin həyata keçiriləcəyini vurğuladı: "Azərbaycan hökümətinin təklifi ilə Ceyrançöldə etimad bölgəsi yaradılıb və həmin bölgə tamamən minadan təmizlənib. Layihəmiz artıq 3-cü fazasındadır və birgə iri layihələr həyata keçirilməkdədir. Virtual İpəkyolu layihəsi də NATO tərəfindən həyata keçirilir. Bu da məktəblərdə istifadə zamanı xüsusi önəm kəsb edir. Azərbaycan AMEA vasitəsilə seysmik zonaların müəyyən edən layihə həyata keçirir. Bu, Cənub Qafqaz kolidoru boyu davam etdirilir. Ölkəmiz həmçinin Xəzərin çirkləndirilməsinin qarşısınının alınması istiqamətində işlər görür. Xüsusi təhlükəsizlik sahəsində elmi biliklər verən məktəb layihəsi üzərində iş görülür. Həmin məktəblərin tələbələri davamlı olaraq NATO-nun tədbirlərində iştirak edir. NATO-nun tədbirləri Azərbaycanın gündəmində duran məsələlərdəndir. Azərbaycan bu işləri ona görə həyata keçirir ki, regionumuz strateji bölgədə yerləşir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB