Mərkəzi Bank mükafatlandırdı FOTO

Mərkəzi Bank mükafatlandırdı FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Naxçıvan MR - 90 il", "Əsrin Kontraktı - 20 il" və "Bakı-Tbilisi-Qars dəmiryolu" mövzularında xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə elan edilmiş müsabiqə yekunlaşıb. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, müsabiqəyə təqdim olunmuş eskizlər Münsiflər Heyəti tərəfindən qiymətləndirilib və iştirakçılardan Rəssamlar İttifaqının üzvü Natiq Fərəcullazadə hər 3 mövzuda hazırladığı dizayn üzrə qalib elan edilib. Qalib layihələrin hər biri üzrə müvafiq qaydada mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə