Martın 19-da Türkiyənin Ankara Universitetinin Ölçmə və dəyərləndirmə Mərkəzinin müdiri Ömər Kutlu və Təhsil Proqramları Mərkəzinin müdiri Cem Babadoğan Azərbaycan Dillər Universitetində (ADU) olublar. Universitetdən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanda fəaliyyət göstərən qabaqcıl universitetlərdən biri olduğunu söyləyən prorektor burada fəaliyyət göstərən müxtəlif mərkəzlər haqqında danışıb. ADU-nun beynəlxalq əlaqələrindən danışan professor Dünyamin Yunusov universitetin bir çox universitetlərlə, o cümlədən Türkiyənin Ankara universiteti ilə əməkdaşlıq etdiyini sözlərinə əlavə edib. Prorektor universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirdi və müəllim-tələbə mübadiləsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Türkiyənin Ankara Universitetinin Ölçmə və dəyərləndirmə Mərkəzinin müdiri Ömər Kutlu ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. Qonaq görüşün iki ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini dedi. Ömər Kutlu Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək YÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında ətraflı məlumat verib.
Daha sonra ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov və Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev universitetin fəaliyyəti, Türkiyənin Ankara universiteti ilə qurulan əlaqələrdən söz açıblar.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.
Görüşdən sonra ADU-nun tədris binasında imtahan keçiriləcək otaqlara baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB