Azərbaycanda qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, Sənaye Parkının Baş Planına əsasən, 2013-cü ildən başlayaraq ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, sosial və digər infrastruktur obyektlərinin) yaradılması işlərinə başlanmış və hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Artıq Sumqayıt Kimya Sənaye Parkının yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Belə ki, parkboyu ümumi uzunluğu 13,5 km yağış suyu, 10,8 km içməli su, 8 km texniki su, 20,6 km yanğına qarşı su, 11,7 km məişət tullantı suları, 9,3 km kimyəvi tullantı suları xətləri çəkilib.
Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında da kommunikasiya xətləri qalereyalar vasitəsi ilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalerayaların ümumi uzunluğu 10,3 km təşkil edir. Artıq yeraltı texniki qalereyanın daxilində elektrik və su xətlərinin çəkilişinə başlanılmış və işlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Məlum olduğu kimi, hər bir sənaye layihəsi üzrə investisiya qoyuluşunun böyük hissəsi (təxminən 35-40%-i) infrastruktur şəbəkəsinin yaradılmasına sərf olunur. Sumqayıt Kimya Sənaye Parkında isə texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq "birbaşa qoşulma" ("plug&play") sistemi əsasında təqdim ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB