BANM-da bayram tədbiri keçirilib FOTOLAR

BANM-da bayram tədbiri keçirilib FOTOLAR

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə Novruz adət-ənənələri barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə