"Məlumatlar həqiqətə uyğun deyil" DSX-dən cavab

"Məlumatlar həqiqətə uyğun deyil" DSX-dən cavab

"Bir sıra xəbər saytlarında Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzində 18.03.2015-ci il tarixində futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda yer alan Azərbaycan və Belçika komandaları arasında görüş başa çatdıqdan sonra futbolçularla qələbə sevincini bölüşən azarkeşlərin söykəndiyi dəmir məhəccərin qopması nəticəsində 25-30 nəfər azarkeşin yüngül xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SİA-ya verilən xəbərə görə, məhəccərin qopması nəticəsində yüngül xəsarət almış bir nəfərə yerindəcə tibbi yardım göstərilib və qopmuş dəmir məhəccər bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə