Daniel Kristian: “Azərbaycanın gördüyü işlərin şahidi olmuşam” AÇIQLAMA
"NATO 28 ölkəni bir araya gətirir. Qurum beynəlxalq təhlükəsizlik istiqamətində işlər görür və bundan sonra da işlərini davam etdirəcək". Bu sözləri bu gün Bakıda keçirilən "NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və Tərəfdaş Ölkələr Arasında Əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu deyib. Onun sözlərinə görə, NATO-nun keçən ilin Sentyabrında keçirilən saamitində daxili maliyyənin 2 dəfə artırılması təklif edilib. Azərbaycanla NATO arasında isə dövlət başçısı səviyyəsində əməkdaşlıq edilir: "Görülən işlər və qarşıdakı görüləcək fəaliyyətlər haqqında onu deyə bilərəm ki, son sammitdə kollektiv təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. NATO qabaqlayıcı tədbirlər həyata keçirir. Keçən ilin Sentyabr ayında NATO-ya daxili müdafiə maliyyəsini 2 dəfə artırmaq haqqında təklif irəli sürülüb. Qurum tərəfdaşlarının müdafiə qabiliyyətinin möhkəmmləndirilməsi, dəstəyin verilməsi, konfliktlərin yatırılması isitqamətində köməklik edir. NATO və Azərbaycan arasında da çox güclü əməkdaşlıq mövcuddur. Azərbaycan prezidenti də bu sahədə dəstək verir. 2014-cü ildə NATO-nun inzibati binasında olan Prezident bir neçə təkliflərlə çıxış edib. Mən 1998-ci ildə Azərbaycanın Kosovadakı sülh qoşunlarında olmuşam. Sülhün qorunması istiqamətində ölkənizin gördüyü işlərin şahidi olmuşam".
Səfir onu da qeyd etdi ki, Azərbaycanla NATO arasında torpaqların patlamamış silah və sursatlardan təmizlənməsi istiqamətində uğurlu işlər davam etdirilir. Bundan başqa kiber təhlükəsizlik də əməkdaşlıq edilən sahələrdən biridir: "Patlamamış sursatların təmizlənməsi, Azərbaycan zabitlərinin təlimlərə cəlb edilməsi, uçuş bacarıqların artırılması istiqamətində NATO ilə əmçəkdaşlıq davam etdirilir. Rumıniya 2014- 2016-cı illərdə xüsusi layihələrin hazırlanması və regional təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanla əməkdaşlıq ediləcək və bundan sonra da bu kimi layihələrdə birgə əməkdaşlıq davam etdiriləcək. Kiber hücumların qarşsının alınması da burada əsas məsələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB