YAP GB-dən xeyirxah aksiya

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı və paytaxtətrafı rayonlardakı kasıb, kimsəsiz, əlil, şəhid ailələrinin bir qrupuna bayram sovqatı paylayıb. SİA-nın xəbərinə görə, YAP GB üzvləri 100-dən çox ailəyə bayram sevinci bəxş edib.

Çəkiliş apardığımız Səbail rayonunda da kasıb, kimsəsiz, əlil və şəhid ailələrinin bir çoxuna bayram sovqatları paylanıldı.

YAP GB üzvlərini sevinclə qarşılayan sakinlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Riyad Məmmədzadə SİA-ya deyib ki, bu aksiyanı həyata keçirməklə partiya olaraq kimlərəsə müəyyən dərəcədə faydamızın toxunmasına çalışırıq: "Dövlət hər zaman kimsəsiz, aztəminatlı ailələlərə öz qayğısını göstərir. Biz də partiya gəncləri olaraq buna dəstək üçün bayram aksiyasını həyata keçiririk".

Qeyd edək ki, bayram zənbilində yağ, qənd, çay, düyü, ət, toyuq əti, meyvə və digər qida məhsulları daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə