Xalqımızın ən əziz günlərindən olan Novruz Bayramı hər il ölkəmizdə böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunur. SOCAR-ın idarə və müəssisələrində də bahar bayramı ilə əlaqədar tədbirlər təşkil olunur. SOCAr-dan SİA-ya verilən xəbərə görə, qurumun Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri tərəfindən "Eko-Park"da "Novruz Bayramı - Milli Ekoloji Təqvimdə" adlı tədbir keçirilib. Novruz bayramı ərəfəsində gənclərin bir daha ekoloji problemlərin həllinə cəlb olunması məqsədi daşıyan tədbirdə Ekologiya İdarəsinin rəisi Azər Əliyev iştirakçıları bahar bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Sonra Novruzun personajları Bahar qızı, Kosa və Keçəl bayramın əsas məziyyətlərini çatdırmış, bayram tamaşası göstəriblər. Uşaqların ifasında ekoloji mövzuda müxtəlif bilməcələr, deyimlər, şeir və mahnılar səsləndirilib. Yaşıllıqların mühafizəsi, ağacların qorunmasına həsr olunmuş səhnəciklər maraqla qarşılanıb. Ekologiya İdarəsinin istehsalat sahələrində çalışan əməkdaşlarına bayram sovqatı verilib, tədbir Novruz süfrəsi ətrafında davam etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB