Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva və digər qonaqlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva xalqımızı eləcə də, qonaqları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının tarixini və ənənəsini əks etdirən bu bayram hər bir insanımızın gələcəyə baxışını, inamını artırır, xüsusilə də qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olur: "Keçrdiyimiz bayram tədbiri də məhz qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub. Çünki bizim bu balalarımız da Azərbaycanımızın gələcəyinin, xoşbəxtliyinin təminatçılarıdırlar. Onlar heç bir zaman hiss etməməlidirlər ki, təkdirlər, digər həmyaşıdlarından fərqlənirlər. Onların yanında daim böyük Azərbaycan adlı ailələri olduğunu unutdurmamalıyıq".
Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva qədim adət-ənənələri özündə birləşdirən Novruz bayramı həm də azərbaycançılığın təbliği istiqamətində çox əhəmiyyətli bir tarixə malikdir: "Ulu Öndər Heydər Əliyevin hələ SSR-i zamanında bu bayrama verdiyi xüsusi önəm sonralar müstəqillik əldə etmiş Azərbaycanda geniş vüsət alaraq, xalqımız tərəfindən sevinclə qeyd olunmağa başladı. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da Novruz bayramı ilə bağlı çox möhtəşəm tədbirlər planının həyata keçirilməsi üçün mühüm addımlarını atmaqdadır. Onun bayram ərəfəsində və bayram günləri sadə vətəndaşlarla görüş keçirməsi, bayramlaşması bizim hər birimiz üçün qürurvericidir".
"Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"nin uşaqlarının müxtəlif rəqs və çıxışları ilə davam edən tədbirdə şən kolunlar, eləcə də müxtəlif nömrələr nümyiş etdirilib.
Sonda uşaqlara bayram hədiyyəsi paylanıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB