Buzovnada “Yaddaş estafeti” aksiyası çərçivəsində tədbir keçrilib FOTOLAR

Buzovnada “Yaddaş estafeti” aksiyası çərçivəsində tədbir keçrilib FOTOLAR

Bu gün Xəzər rayonun Buzovna qəsəbəsində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən abidə kompeksinin qarşısında Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının nümayəndələrinin iştirakı ilə faşizim üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş "Yaddaş estafeti" aksiyası çərçivəsində tədbir keçrilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvu Lyudmila Kozlova, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları təşkilatının sədri general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İHB-nın müavini Arif Balayev, rayon və qəsəbə ictimayyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev gələn qonaqları salamlayıb, Azərbaycan Respublikasında Böyük Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısından və keçrilən aksiyanın dövlətlərarası, xalqlararası münasibətlərin daha da yaxşılaşması üçün əhəmiyyətindən danışıb.

Tədbirin sonunda Abidənin qarşısındakı əbədi məşəldən Böyük Vətən Müharibəsi Veteranı tərəfindən götürülmüş od xüsusi kapsulada gənc nəslin nümayəndəsi tərəfindən nümayyəndə heyətinə təhfil verilib.

Qələbə memoriallarından götürülmüş və Sank-Peterburqa gətirilmiş əbədi məşəl hissələri "Yaddaş estafeti" aksiyasının finalına qədər "Leninqradın Qəhrəman Müdafiəçiləri" monimentinin Xatirə Zalında saxlanılacaq.

2015-ci il aprelin 16-da Sank-Peterburqdakı Tavriya sarayı qarşısında təntənəli mərasim keçriləcək. Burada MDB üzvu olan Dövlətlərin Parlamentlərarası Assambleyanın nümayyəndələri əbədi məşəl hissələrini Birliyin əbədi məşəli şəklində birləşdirəcək və onu Sank-Peterburq Dövlət Tarix Muzeyinə təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə