Badamdar qəsəbəsində Novruz şənlikləri

Badamdar qəsəbəsində Novruz şənlikləri

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsində qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyəsinin təşkilatçılğı ilə qəsəbədəki "N" saylı hərbi hissədə böyük Novruz şənliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, Səbail rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329 saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəliblər.

Qəsəbədəki hər iki hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri "N" saylı hərbi hissənin komandiri polkovnik Fehruz Əzizov açıb, Novruz bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik edib. O, ölkə rəhbərliyi tərəfindən ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı işlərində əldə etdikləri uğurlardan danışıb.

Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Zaur Əliyev ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat verib, qəsəbədəki quruculuq və abadlıq işlərində hərbçilərimizin də iştirakını da qeyd edib.

Səbail rayon İcra Hakimiyyətinin şektor müdiri İsrafil Kərimov məlumat verib ki, bir neçə gün əvvəl Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələrindən və tanınmış incəsənət xadimlərinindən ibarət böyük nümayəndə heyəti cəbhə bölgəsində xidmət edən əsgərlərimizin qonağı olmuş, onaların xidməti ilə maraqlanıb, bayram tədbiri keçiriblər. İsrafil Kərimov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilib, tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim ediblər. Şənlik bayram tonqalı ətrafında davam edib.

Daha sonra əsgərlər üçün bayram süfrəsi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə