"Ölkəmizi tanıyaq" tur-aksiyanın iştirakçısı olan Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarının və Naxçıvan şəhərindən olan 40 məktəbli Lənkəranda olub.
SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında naxçıvanlı məkəbliləri salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən "Ölkəmizi tanıyaq" layihəsi məktəblilərin dönyagörüşünün formalaşmasında və onların ölkəmizi daha yaxından tanış olmasında əhəmiyyətli rol oynayır. Tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərini, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponalar və fotoşəkillərlə tanış oublar.
Gənclərin əsl istirahət yerinə çevrilən Lənkəran şəhərindəki Gənclər Mərkəzi qonaqların marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki "Qoşa qala qapıları", "Dairəvi Qala", "Mayak" binası və Bayraq Meydanı ilə tanışlıq da məktəblilər tərəfindən maraqla qarşılanıb.
Həmçinin rayondakı "Xanbulan" istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət edən aksiya iştirakçılarına 2004-cü ildə "Hirkan" Milli Parkına çevrilən sahəsi 21,435 hektar olan "Hirkan" qoruğu barədə məlumat verilib.
Günün ikinci yarısında naxçıvanlı məktəblilər Astara rayonunun Kijabə qəsəbəsində çay plantasiyasına və sitrus meyvə bağlarına baxıb, Ərçivan qəsəbəsində "Yanar bulaq"la tanış olublar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB