Türkiyədəki səfirliyimizdən Novruz tədbiri FOTOLAR

Türkiyədəki səfirliyimizdən Novruz tədbiri FOTOLAR

Ankarada Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşkilatçılığı ilə xalqımızın qədim milli bayramı olan Novruz Bayramı münasibətilə tədbir keçirilib. SİA-nın səfirlikdən aldığı məlumata görə, bayram şənliyində çoxlu sayda diaspor nümayəndələri, elm və incəsənət xadimləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr, müxtəlif ictimai birliklərin təmsilçiləri və Səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova səfir Faiq Bağırov adından çıxış edərək, Novruz bayramının mahiyyəti, tarixi və türkdilli xalqlarının yaxınlaşmasına verdiyi töhfələrdən geniş söz açıb. Daha sonra Qazi Universitetinin magistr tələbəsi Söhrab İsmayılov, Türkiyənin Mermur-sen Konfederasiyasının rəhbəri Ahmet Gündoğdu və diaspor adından professor Həmdulla Mehrabov çıxış ediblər.

Tədbirdə tələbələrimiz tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçılarına ziyafət təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə