Bu yol da bağlandı

Bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. bu barədə SİA-ya "Azəryolsevis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verilib.

Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə