18 mart tarixində Azərbaycan xalqının qədim milli bayramı olan Novruz Bayramı münasibətilə çox sayda diaspor nümayəndəmiz, elm və incəsənət xadimləri, Ankarada təhsil alan tələbələrimiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və Səfirliyimizin əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbir zamanı Səfirliyin Təhsil Müşaviri Nəcibə Nəsibova Səfir Faiq Bağırov adından çıxış edərək, Novruz bayramının mahiyyəti, tarixi və türkdilli xalqlarının yaxınlaşmasına verdiyi töhfələrdən geniş söz açıb. Daha sonra Qazi Universiteti magistr tələbəsi Söhrab İsmayılov, Türkiyənin Mermur-sen Konfederasiyasının rəhbəri Ahmet Gündoğdu və diaspor adından Professor Həmdulla Mehrabov çıxış ediblər.
Tədbirdə tələbələrimiz tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçılarına ziyafət təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB