Türkiyə Böyük Millət Məclisinin üzvü, Adana Millətvəkili, Səhiyyə Komissiyasının Sədri, Türkiyə-Azərbaycan Parlamentlararası Dostluq Qrupunun Sədri Prof. Dr. Nəcdət Ünüvar Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. Millət vəkili SİA-ya ünvanladığı təbrikdə yazır: "Dost və Qardaş Azərbaycanın Novruz Bayramını təbrik edirəm. Novruz baharın gəlişini qeyd etdiyimiz baharın ilk günüdür. Bütün Türk cəmiyyətində keçmişdən günümüzə qədər gələn əhəmiyyətli günlər arasındadır. Azərbaycan xalqının özünə xas olan ən böyük bayramıdır. Əslində Novruz təbiətin oyanışıdır, təbiətin yuxudan oyanması ilə təbiət dəyişir, yaşam dəyişir. Bu yeni ilin azərbaycanlı qardaşlarıma bol bol bərəkət və xoşbəxtli gətirməsini arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB