Prokurora “Əməkdar Hüquqşünas” adı verildi

Prokurora “Əməkdar Hüquqşünas” adı verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevə fəxri ad verilməsi ilə bağlı Sərəncam imzalayıb. Prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünas" fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə