Lənkəranda Novruz şənliyi FOTOLAR

Lənkəranda Novruz şənliyi FOTOLAR

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da Novruz bayramı böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, evlərdə səməni göyərdilib, paxlava, şəkərbura bişirilib, xonçalar bəzədilib. Martın 18-də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparat rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, şəhər sakinləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatların kollektivləri və qonaqlar şəhərin dəmiryolu vağzalı meydanına toplaşmışdılar. Burada müxtəlif yerlərdə "Novruz bayramınız mübarək!", "Elimizə bahar gəlir" pannoları, şüarlar asılmışdı. Saat 11-də bayram şənliyi başladı. SİA-nın Cənub bürosunun məlumatına görə, bayramsayağı bəzədilmiş meydanda Novruz xonçaları və səmənilər düzülmüş, xalq tətbiqi sənəti nümunələri, bayram yeməkləri və müxtəlif növ şirniyyatlar nümayiş etdirilirdi. Lənkəran Rəssamlıq məktəbinin şagirdlərinin əlvan çiçəklərə bənzəyən rəsm əsərləri yazın gəlişindən xəbər verirdi. Sonra bayram tonqalı yandırıldı, qara zurnanın müşayiəti ilə Bahar qızı, Kosa və Keçəl faytonda meydana daxil oldular. Şənlik iştirakçıları sənətkarlıq evlərinin qədim eksponatları, tətbiqi sənət nümunələri, şəhər uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi ilə tanış oldular Mərasimdə çıxış edən İcra başçısı Taleh Qaraşov Bahar bayramı münasibətilə lənkəranlıları təbrik etdi. Bildirdi ki, xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruzun sevincini yаşаyаn, füsunkаr təbiəti, bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir. Tədbirdə rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivlərinin üzvləri xalqımızın adət-ənənələrini nümayiş etdirdilər. "Cəngi" musiqisinin sədaları altında idmançılar ağırlıqqaldırmada, kəndir dartma oyunlarında güclərini sınadılar. Gənc güləşçilərin nümayiş etdirdiyi maraqlı nömrələr tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Bayram şənliyində milli paltar geyinmiş qızlar bayram tonqalının ətrafında dövrə vuraraq yallı getdi, müğənnilərin ifasında el nəğmələri, Baharın gəlişinə və Novruza həsr olunmuş mahnılar səsləndi.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə