Daun Sindromu Günü ilə əlaqədar flashmob keçirilib TƏDBİR-FOTOLAR

Daun Sindromu Günü ilə əlaqədar flashmob keçirilib TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə flaşmob keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Daun Sindromu Gününə həsr edilən flaşmob bir neçə rəqsdən ibarət təqdim edilib.

Tədbirin məqsədi Daun sindromlu şəxslərin cəmiyyətə, sosial həyata inteqrasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini və bu insanların nəyə qadir olduqlarını nümayiş etdirməkdir.

Onu da qeyd edək ki, Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü hər il martın 21-də qeyd olunur.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə