Cavid Qurbanov Olly Norojono ilə görüşüb FOTOLAR

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra SYSTRA məsləhətçi şirkəti tərəfindən təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayıt dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olunub.

C. Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının vacibliyindən danışıb.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Olly Norojono çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə