Bayramda qar yağacaq PROQNOZ

Martın 20-də Novruz bayramının ilk günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu ilə bağlı ilkin məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Novruz bayramında müşahidə olunacaq hava proqnozu ilə bağlı dəqiq məlumat sabah açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə