Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə satış yarmarkaları keçirilir. Satışa çıxarılan məhsulların qiymətini və keyfiyyətini yerindəcə öyrənə bilmək üçün Nərimanov rayonunun "Gənclik" metro stansiyasının yaxınlğında təşkil olunana yarmarkada olduq. SİA-nın məlumatına görə, yarmarkada yaradılan səliqə-sahman, məhsulların bolluğu əhali tərəfindən müsbət qarşılanıb. Əhalinin kənd təsərrüfatı mallarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, süd məhsulları, balıq, toyuq, həmçinin Novruz bayramına uyğun olaraq müxtəlif növ çərəzlər satışa çıxarılıb. Qeyd edək ki, yarmarkalarda satışa çıxarılan məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılır. Satıcıların sözlərinə görə əhali yarmarkada satışa çıxarılan məhsulların qiymət və keyfiyyətindən xeyli məmnundurlar.
Alıcılar da öz növbəsində bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən, təzəliyindən və qiymətlərindən məmnunluqlarını ifadə edərək, bu cür yarmarkaların təşkil olunmasından xeyli razı qaldıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB