Paytaxtın Qələbə dairəsinidəki hərəkət zolaqlarının sayı artırılır. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
O deyib ki, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir: "Sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək".
P.Mürsəliyev qeyd edib ki, işlərin mart ayı ərzində yekunlaşması gözlənilir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB