Bu yollarda tıxac var

Bu gün Bakı şəhərinin mərkəzi yollarında böyük tıxac yaşanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, hazırda paytaxtın əksər əsas yollarında avtomobillərin hərəkəti dayanıb.

Belə ki, Binəqədi şosesində (şəhər istiqamətində), aeroport şosesində (şəhər istiqamətində), habelə Azadlıq prospekti (28 May küçəsi istiqamətində), eləcə də Xətai prospektində (Təhsil Nazirliyi qarşısında) nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə