Bu gündən etibarən Bakı şəhər İcra Hakimiyyəti Novruz bayramı şənliklərinə start verib. SİA-nın məlumatına görə, 12 süvari, 6 at arabası və dəvələrdən ibarət "bayram karvanı" "İçərişəhər" metrosunun yanından yola çıxaraq paytaxtın mərkəzi küçələrindən keçərək şəhərin ucqarlarına qədər irəliləyib.
Novruz personajlarının iştirakı ilə hərəkət edən "bayram karvanı" Bakının Fizuli meydanının qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən istirahət parkında, Səməd Vurğun istirahət parkında olub. Adı çəkilən yerlərdə olan karvan bayram əhval-ruhiyyəsinə daha da gözəl ab-hava qatıb. Keçirilən şənliklərdə milli musiqilər, aşıq musiqiləri, meyxanalar səsləndirilib, gənc oğlan və qızlar isə musiqi sədaları altında rəqs ediblər. Koroğlu stansiyasının yaxınlığında yerləşən istirahət parkında təşkil olunan şənlik isə ətrafdakı insanların diqqətini daha çox cəlb edib.
Qeyd edək ki, axşam saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə tonqal yandırılacaq, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB