"Excelsior Hotel Baku" otelinin "Aura" sağlamlıq mərkəzində idmanın müxtəlif növləri üzrə dərslər keçirilir. "Aura" Sağlamlıq Mərkəzinə üzvlük kartı almaqla həftədə 3 dəfə zumba, iki dəfə kallanetika, aerobika, kallanetika və yoqa dərslərində iştirak etmək mümkündür. Dərslər peşəkar təlimçilər tərəfindən keçirlir. Qeyd edək ki, 25 mart tarixində saat 17.00-da mətbuat nümayəndələri və üçün yoqa üzrə açıq dərs keçiriləcək.
"Excelsior Hotel Baku" otelinin qadınlar üçün elan etdiyi aksiya davam edir. "Aura" sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər. Sahəsi 3 500 kv.metr olan "Aura" Sağlamlıq Mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, stolüstü tennis kortu, skvoş kortu, istirahət otaqları "Aura" klubunun üzvlərinə xidmət edir. İdman meydançası nəinki çətin iş günündən sonra yorğunluğu çıxarmaq üçün əla imkandır.
"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" – deluks, 9 "Duke" – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB