Lənkəran rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən"Yaşıl çay" Fermer Təsərrüfatı MMC çoxillik ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı ərəfəsində xeyriyyə aksiyası keçirib.
"Yaşıl çay" saytının verdiyi məlumata görə, hər ailəyə 5 kiloqram düyü, 1kq yağ və 1 ədəd cücə olmaqla ümumilikdə İstisu qəsəbəsində yaşayan 640 ailəyə, yaxın kəndlərdən isə 100 aztəminatlı ailəyə ərzaq payı çatdırılıb.
Təsərrüfatın direktoru Araz Yağubov saytın əməkdaşına bildirib ki, ki, bayram payı ümumilikdə 740 ailəyə təqdim edilib. Əvvəlki illərdə olduğu kimi müəssisə gələcəkdə də xeyriyyəçilik fəaliyyətini davam etdirməyi özünün fəaliyyət istiqamətlərindən biri sayır Sovqatları qəbul edən kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə, rəhbərliyə dərin minnətdarlıqlarını bildiriblər.
S.Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB