"Bəzilərinin hasarının çox hündür olması və qapılarının kilidli olduğu üçün bayram zamanı papaqlar o qapılara atılır ki, həmin evlərin hasarından keçmək mümkün olur". SİA-nın məlumatına görə, görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasda deyib.
Onun sözlərinə görə, bu təbəqəyə müəllimlər, həkimlər, işsizlər, neftçilər və sair daxildir: "Orta təbəqədən olan insanlar papaqların içini nə ilə dolduracaqlar? Az təminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir. Məncə bu problemi həll etmək lazımdır".
Milli Məclisin spikeri Oqtay Əsədov isə deputatın papaqla bağlı çıxışına münasibətində deyib: "Papaq milli mentalitetdir və bu cür məsələləri müzakirə etmək məsləhət deyil. Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Deyirsiniz ki, indi hasarlar hündürdür. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB