Sabahdan hava mülayimləşəcək PROQNOZ

Sabahdan hava mülayimləşəcək PROQNOZ

Sabah gündüzdən ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Martın 18-də və 19-da Azərbaycanda əsasən yağmursuz və mülayim hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq dağətəyi rayonlarda sulu qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 0-4 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə