Çingiz Hüseynzadə: “Xalqımızı oyunlarda fəal iştiraka dəvət edirəm” AÇIQLAMA

Çingiz Hüseynzadə: “Xalqımızı oyunlarda fəal iştiraka dəvət edirəm” AÇIQLAMA

"Avropa Oyunları ilə bağlı işlər artıq yekun mərhələdədir". Bunu bu gün Azərbaycan İnvestisiya Sammiti zamanı jurnalistlərə açıqlama verən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Onun sözlərinə görə, artıq Avropa Oyunlarının keçirilməsinə 90 gündən az bir müddət qalıb. Oyunlarda iştirak edəcək ölkələrin heyətləri demək olar ki müəyyənləşib, bundan başqa Azərbaycanda isə bütün komplekslərdə artıq yekunlaşdırma işləri aparılır, sınaq yarışları keçirilir: "Artıq 90 gündən də az bir müddət qalıb. Avropa Oyunlarında iştirak edəcək ölkələrin heyətləri demək olar ki, müəyyənləşdirilib. Azərbaycan komandasının bu oyunlarda iştirakı haqda düşünürük. Eyni zamanda Olimpiya Komitəsi bu oyunların gedişatını izləməyi öz üzərinə götürüb. Demək olar ki, hazır vəziyyətdəyik. Bildiyiniz kimi artıq idman qurğuları tikilib. Bir çoxları isə artıq istifadəyə verilib, test yarışları keçirilir. Yaxın zamanda, yəni aprel ayında boks üzrə, güləş üzrə test yarışları keçiriləcək. Üzgüçülük su kompleksi tikilib, hazır vəziyyətdədir, yəqin ki aprel, may aylarında onun da sınaqdan keçirilməsi nəzərdə tutulur. Olimpiya kəndi tam hazır vəziyyətdədir".

Çingiz Hüseynzadə Azərbaycan xalqına və jurnalistlərə müraciət də etdi. O bildirdi ki, yarışların uğuru jurnalistlərin təbliğindən və Azərbaycan xalqının yarışlarda fəal itirakından asılıdır: "Sadəcə o qalır ki, biz sinlərin, yəni jurnalistlərin vasitəsi ilə daha çox tamaşaçı cəlb edək. Bizim ən böyük arzumuz odur ki, Azərbaycan tamaşaçısı bu oyunlarda fəal iştirak etsin, yarışlarda olsunlar. Hər hansı pyes və ya tamaşa güclü bir müəllifin əsəri ola bilər, güclü bir rejissor səhnələşdirə bilər, lakin bu tamaşaya tamaşaçı gəlməsə həmin tamaşa uğur qazanmayacaq. Bizim Avropa Oyunlarının uğuru da bir çox hallarda bizim tamaşaçılardan, idmansevərlərdən asılıdır. Bütün Azərbaycan xalqını bu oyunlarda fəal iştirak etməyə dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə